Şəki-Zaqatala bölgəsinin məzunlarından imtahanlarda rekord NƏTİCƏ – SİYAHI

Şəki-Zaqatala bölgəsinin məzunlarından imtahanlarda rekord NƏTİCƏ – SİYAHI

Hazırda oxunan: Şəki-Zaqatala bölgəsinin məzunlarından imtahanlarda rekord NƏTİCƏ – SİYAHI

150479

Şəki-Zaqatala bölgəsinin təhsil ocaqlarını bitirən builki məzunlarından 78 nəfəri 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olub. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib. 

Məlumatda qeyd olunub ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 27 məzun, Qəbələ rayonu üzrə 17, Zaqatala rayonu üzrə 16, Qax rayonu üzrə 7, Oğuz rayonu üzrə 7 və Balakən rayonu üzrə 4 məzun 600-dən çox bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Qəbələ şəhər Ş.Bulqədirov adına 5 nömrəli tam orta məktəbin məzunu Nurgül Əhmədova göstərib.

O, IV ixtisas qrupu üzrə imtahanlarda 673 bal toplayıb. Qax rayonu üzrə isə ən yüksək nəticəyə Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Elgün Hacıxanlı nail olub - 672 bal. Digər rayonlar üzrə ən yüksək nəticəni Şəki şəhər 20 nömrəli tam orta məktəbinin məzunu Fidan Muradova - 668 bal, Zaqatala şəhər Bəhmətli kənd tam orta məktəbin məzunu Leyla Muradova - 662 bal, Balakən rayon Humanitar və Texniki təmayüllü liseyin məzunu Şamay Osmanova - 643 bal, Oğuz rayonu Mollalı kənd tam orta məktəbin məzunu Aysu Əzizova - 635,6 bal göstəriblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO