İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa ÇAĞIRIB 

İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa ÇAĞIRIB 

Hazırda oxunan: İcma erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa ÇAĞIRIB 

150444

Qərbi Azərbaycan İcması erməni katolikoslarının Azərbaycanın Qarabağ bölgəsində özünə “parlament sədri” kimi qondarma ad vermiş şəxsi təbrik edərək təxribatçı fikirlər səsləndirmələrini kəskin şəkildə pisləyir və bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. 

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir.

Otuz il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq edir. 

“Qərbi Azərbaycan İcması erməni kilsəsini bu kimi təxribatçı fəaliyyətə son qoymağa, sülhü, barışığı təbliğ etməyə və bu xüsusda Ermənistan hakimiyyətini İcmanın dialoq təklifini cavablandırmağa təşviq etməyə, Ermənistanda Azərbaycan xalqının tarixi və dini irsinin dağıdılması, təhrif olunması siyasətinə qarşı çıxmağa çağırır. 
Beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları erməni kilsəsinin destruktiv, dini bölücülük salan, Azərbaycanafob əməllərini pisləməyə çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO