KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar

KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar

Hazırda oxunan: KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar

150194

Qazax rayonuna səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi rayonun Ağköynək kəndində yerləşən “Əsədoğlu” MMC-yə məxsus müəssisənin fəaliyyəti ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. 

KOBİA-dan Bizim.Media-ya bildirilib ki, müəssisə meyvə-tərəvəzin qablaşdırılmasında istifadə olunan plastik yeşiklərin istehsalı və plastik tullantıların emalı sahələrindən, istixana təsərrüfatından ibarətdir.  

2020-ci ildə fəaliyyətə başlayan müəssisədə 15 daimi işçi çalışır. Müəssisə ildə 600 min ədəd yeşik istehsal etmək gücündədir. 

KOBİA nümayəndələri, həmçinin elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan “Abu-Life Group” satış mərkəzinin fəaliyyəti ilə tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO