Ailə üzvlərini qumbara ilə hədələyən kişi tutuldu - Qaradağda

Ailə üzvlərini qumbara ilə hədələyən kişi tutuldu - Qaradağda

Hazırda oxunan: Ailə üzvlərini qumbara ilə hədələyən kişi tutuldu - Qaradağda

14995

Martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO