ANAMA-nın yubiley medalı təsis EDİLDİ 

ANAMA-nın yubiley medalı təsis EDİLDİ 

Hazırda oxunan: ANAMA-nın yubiley medalı təsis EDİLDİ 

149465

Minatəmizləmə Agentliyinin 25 illiyi ilə bağlı yubiley medalı təsis edilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda edilən dəyişikliyi təsdiq edib.

Qanuna əsasən, bu medalla minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. 
Yubiley medalı döşün sol tərəfinə, digər orden və medallardan sonra taxılır. 

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 millimetr olan lövhədən ibarətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO