Bulvarda uşaqları pullu oyunlara cəlb edənlər KİMDİR? – FOTO/VİDEO 

Bulvarda uşaqları pullu oyunlara cəlb edənlər KİMDİR? – FOTO/VİDEO 

Hazırda oxunan: Bulvarda uşaqları pullu oyunlara cəlb edənlər KİMDİR? – FOTO/VİDEO 

149327

Son günlərdə Bakı Dənizkənarı Bulvarında bir neçə şəxsin qruplar səklində toplaşaraq oyunlar təşkil edirlər. Oyun isə ondan ibarətdir ki, topu ataraq şüşəni kim bir atışa yıxmağı bacarsa, o qalib olur. 

İlk baxışdan normal, bir çox ölkələrdə rast gəlinən hal olsa da, problemli məqam başqadır. Belə ki, “oyunquranlar”ın əsas müştəriləri azyaşlı uşaqlardır. 

Maraqlı məqam isə budur ki, bulvar ərazisində, açıq şəkildə öz “biznes”lərini qurmuş bu şəxslər maneə ilə üzləşmədən işlərinə davam edirlər. 

Bu cür halların baş verməsi qanunvericiliyə zidd olmaqla yanaşı, uşaqların psixologiyasına da ciddi zərbə vurur.

Psixoloq Elmir Əkbərin sözlərinə görə, uşaqları hər hansı pul qarşılığında oyuna cəlb etmək onların istismarıdır:

“Bu hal uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Mövcud hallarla bağlı ciddi tədbirlər görülməlidir. Uşaqlar da bilməlidir ki, onların müəyyən sərhədləri var. O sərhədlərə isə kənar adamlar daxil ola bilməz. Heçkimin onlara pullarını alaraq, nələrisə elətdirmək ixtiyarı yoxdur”.

Məsələ ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcəyini qeyd edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov isə bildirdi ki, artıq polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində qeyd edilən neqativ hal aradan qaldırılıb.

Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
 





Röyanə Oğuz, Bizim.Media 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO