“Mançester Yunayted” “Adidas”la yeni, uzunmüddətli müqavilə imzalayıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya şirkəti 2035-ci ilə qədər “Mançester Yunayted”in təchizatçısı olaraq qalacaq.
Yeni müqaviləyə əsasən, klub “Adidas”dan ən azı 900 milyon funt-sterlinq alacaq.
“Daily Mail” yazır ki, bu, Premyer Liqa tarixində rekord müqavilədir. “Adidas”la əvvəlki müqaviləyə əsasən, klub ildə 75 milyon funt-sterlinq alıb. İndi bu məbləğ mövsüm başına 90 milyona yüksələcək.
Tərəflər əməkdaşlığa 2015/16 mövsümündən əvvəl başlayıb. Bundan əvvəl Amerikanın “Nike” şirkəti 13 il “qırmızı şeytanlar”a texniki sponsorluq edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:57 / 01.08.2023
“Mançester Yunayted”dən rekord MÜQAVİLƏ
Hazırda oxunan: “Mançester Yunayted”dən rekord MÜQAVİLƏ
Hazırda oxunan: “Mançester Yunayted”dən rekord MÜQAVİLƏ
148876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.