Yaponiyanın Saitama şəhərində azərbaycanlı döyüşçü Vüqar Kərəmov MMA-da (Qarışıq döyüş sənəti - Mixed Martial Arts) titul döyüşünü keçirib.
Bizim.Media xəbər verir ki, ən yüngül çəkidə (65,8 kq) o, ilk raundda boğulma fəndi ilə yaponiyalı Mikuru Asakuranı təslim olmağa məcbur edib və çempionluq kəmərinin sahibi olub.
Vüqarın indi MMA-da 19 qələbəsi və 4 məğlubiyyəti var.
Bizim.Media