Maribor-2023: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi

Maribor-2023: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi

Hazırda oxunan: Maribor-2023: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi

148553

Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin adlarına aydınlıq gələcək. 

Bizim.Media xəbər verir ki, atletika, gimnastika, həndbol, tennis, voleybol və cüdo üzrə komanda yarışlarından sonra Maribor-2023-ün bağlanış mərasimi keçiriləcək.  

Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları da müəyyənləşib.

Bu vəzifəni EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov yerinə yetirəcək. 

Qeyd edək ki, XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur. 

Hazırda komandamızın aktivində 3 qızıl, 2 gümüş və 4 bürünc medal var. Komandamızın heyətində cüdoçular Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal qazanıb. 
Aktivində 9 medal olan Azərbaycan komandası hazırda medal sıralamasında 13-cü pillədə qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO