Həndbol millimiz Avropa çempionatına hazırlaşır

Həndbol millimiz Avropa çempionatına hazırlaşır

Hazırda oxunan: Həndbol millimiz Avropa çempionatına hazırlaşır

148456

17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlığını davam etdirir.  

Bizim.Media xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.  

Gündə 1 dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır. Azərbaycan millisi Avropa çempionatının A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. 
B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO