“Qarabağ İnkişaf Forumu – 2021” keçirildi - FOTO

“Qarabağ İnkişaf Forumu – 2021” keçirildi - FOTO

Hazırda oxunan: “Qarabağ İnkişaf Forumu – 2021” keçirildi - FOTO

14836

14 mart 2021-ci il tarixində Azərbaycan Gənclik Platforumu və Qarabağ Azərbaycandır Platforumunun birgə təşkilatçılığı ilə “Qarabağ inkişaf forumu – 2021” adlı online tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbir 1000 nəfərin iştirakı ilə baş tutdu və müxtəlif ölkələrdən nümayəndələr qoşulublar. 

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın bərpasına cəlb edilən şirkətlərin hansı üstünlüyü olmalıdır? - AÇIQLANDI 


“Qarabağ Azərbaycandır” Platforumunun həmtəsisçisi Şəbnəm Səfərova və Azərbaycan Gənclik Platforumunun sədri Fariz Vəliyev müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı zəfər münasibətilə və bu yolda canını və qanını əsirgəməmiş şəhidlərimizi anaraq, qazilərimizə şəfa diləyərək tədbiri açıq elan edib. 

Tədbirdə ilk məruzəçi məhşur foto-jurnalist Reza Deghati çıxış edərək foto jurnalistikanın Azərbaycan həqiqətlərini tanıdılmasında önəmindən bəhs edib.

Daha sonra millət vəkili Ceyhun Məmmədov çıxış edərək informasiya müharibəsinin günümüzdə də davam etdiyini və gənclərin bu yolda daha çox çalışmalı olduğunu bildirib. 

Tədbirdə həmçinin Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan CNN Türk kanalının müxbiri Fulya Öztürk də çıxış edərək müharibə zamanı dünya telekanallarının Azərbaycana qarşı haqsızlıqlarından, Azərbaycan və Türkiyə qardaşlığının daha da inkişaf etməsinin önəmindən bəhs edib.

 

Qarabağ inkişaf forumunda Qarabağın uzun müddətli dövrdə perspektiv inkişaf istiqamətlərindən biri olan turizm sahəsində böyük təcrübəyə malik Azər Qərib çıxış edərək Qarabağın turizm potensialından və turizmin inkişaf  yönündə ediləcəklərdən danışıb.


Daha sonra spiker və qonaqlar – siyasi şərhçi Əli Hacızadə, “Regional  İnkişaf “ İctimai Birliyinin əməkdaşı Elmin Xəlilov çıxış edərək Qarabağın inkişaf yolları, informasiya müharibəsində sosial medianın rolu və gələcəkdə sosial media dayaqlarının gücləndirilməsi, görüləcək işlərlə bağlı məlumatlar veriblər.

Qarabağ icmasının sədr müavini Gülməmməd Məmmədov Qarabağda Azərbaycan və erməni xalqlarının birgə yaşaması üçün görüləcək işlərdən, yenidən qarşıdurmaların yaşanmaması, Azərbaycan və erməni xalqlarının Qarabağda birgə yaşamaları üçün atılacaq addımlardan bəhs edib.

 

Azərbaycan Gənclik Platforumunun rəhbəri Fariz Vəliyev iştirakçılara – Türkiyə səfirliyinin birinci müavini Barış Sayqına, YAP Yasamal və Kürdəmir rayon təşkilatlarının üzvlərinə, Gənclərin İnkişaf və Kariyera mərkəzinin Saatlı rayon rəhbərliyinə, televiziya və mətbuat nümayəndələrinə öz təşəkkürünü bildirib.


Qarabağ Azərbaycandır Platforumunun həmtəsisçisi İlkin Namazlı Norveçdə yaşayan ictimai-siyasi fəal, “CAN” təşkilatının sədri Şərvin Nəcəfpura və İtaliyada fəaliyyət göstərən diaspora fəalı “Həmrəy olaq” təşkilatının sədri Türkan Həsənovaya dərin təşəkkürünü bildirib.

Sonda Qarabağla bağlı sual-cavabla tədbir yekunlaşdırılıb. Suallara düzgün cavab verən gənclərə mükafatlar ayırılıb və iştirakçılara sertifikatlar təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO