Vasif Talıbov naziri bu videoya görə işdən çıxardıb?

Vasif Talıbov naziri bu videoya görə işdən çıxardıb?

Hazırda oxunan: Vasif Talıbov naziri bu videoya görə işdən çıxardıb?

148290
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovun işdən çıxarılması onun iclasda yatması ilə bağlı ola bilər.

 

Sfera.az xəbər verir ki, bir neçə gün öncə Azad Cabbarovun Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun da iştirak etdiyi iclasda yatdığını əks etdirən görüntülər yayılıb. Hətta bildirilirdi ki, nazirin yuxuya dalması Vasif Talıbovun çıxış etdiyi vaxta təsadüf edib.

 

Ehtimal olunur ki, bu görüntülər yayıldıqdan sonra Azad Cabbarov Vasif Talıbovun qəzəbinə tuş gəlib.

 

Bəzi məlumatlara görə, Azad Cabbarov Vasif Talıbova yaxın şəxs olub. O dərəcədə ki, qardaşı Turac Cabbarov Ali Məclis sədrinin mühafizə xidmətində çalışıb.

 

Azad Cabbarov bu gün Vasif Talıbovun sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

 

Hit.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO