BİZİM TƏQVİM: 27 iyulda hansı tarixi hadisələr baş verib?

BİZİM TƏQVİM: 27 iyulda hansı tarixi hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 27 iyulda hansı tarixi hadisələr baş verib?

148087

1826-cı ilin bu günündə Gəncədə çar Rusiyasının müstəmləkəçilik siyasəti əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyana Cavad xanın oğlu Uğurlu xan başçılıq edirdi. Rusiya-İran müharibəsi (1826-1828) dövründə baş verən üsyan çar qoşunları tərəfindən amansızlıqla yatırılıb.

Bəs, iyulun 27-də dünyada daha hansı hadisələr baş verib?

1. Osmanlı Bəyliyi ilə Bizans imperiyası arasında olan Koyunhisar müharibəsi 1302-cü ilin 27 iyulunda Osman Qazinin qələbəsi ilə sona çatdı.

2. 27 iyul 1789-cu ildə ABŞ federal hökumətinin ilk dövlət orqanı – Xarici İşlər Departamenti yaradılıb. Sonradan bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti olub.

3. 27 iyul 1804-cü ildə Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma – Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rusları məğlub ediblər. Sentyabrın 4-də Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında ikinci döyüşdə də məğlub olan Rusiya qoşunları geri çəkilib. Lakin 1805-ci ilin əvvəlində Şəki və Qarabağ xanlıqları istiqamətində yenidən yürüşə başlayan ruslar həmin ilin mayında (Kürəkçay müqavilələri) hər iki xanlığı ələ keçirdilər.

4. 1866-cı ilin 27 iyulunda dünyada ilk dəfə olaraq, iki qitəni birləşdirən teleqraf xəttinin çəkilişi uğurla başa çatdırılıb. Transatlantik teleqraf xətti İrlandiyanın Valentia adası ilə Kanadanın Nyufaundlənd vilayətini birləşdirib.

5. 27 iyul 1898-ci ildə Bibiheybətdə Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.

6. 1921-ci ilin bu günü Toronto Universitetindən biokimyaçı Frederik Bantinqin  rəhbərlik etdiyi elmi-tədqiqat qrupu insulin fermentini kəşf etdiklərini açıqladı.

7. 1922-ci il 27 iyulda Brüsseldə Beynəlxalq Coğrafiya İttifaqı yaradıldı. Hazırda 90-dan artıq ölkə, o cümlədən Azərbaycan bu təşkilatın üzvüdür.  

8. 1949-cu il 27 iyul tarixində dünyanın ilk reaktiv motorlu sərnişin təyyarəsi “De Havilland Comet”in ilk uçuşu həyata keçirildi. O ilk kommersiya uçuşunu isə 1952-ci ilin mayında etdi.

9. 27 iyul 1952-ci ildə Volqa-Don kanalı istifadəyə verilib. 

10. 1953-cü il 27 iyulda Şimali və Cənubi Koreya arasında müharibədə atəşkəs haqqında razılıq imzalanıb. Elə həmin gün bütün əməliyyatlar dayandırılsa da, indiyədək sülh sazişi bağlanmayıb. Şimali və Cənubi Koreya arasında müharibədə hər iki tərəfdən 6 milyon adam həyatını itirib.

11. 27 iyul 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında qaralar Federal Məhkəməyə müraciətetmə hüququ qazandılar.

12. 1976-cı il 27 iyulda Amerika Birləşmiş Ştatlarında olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bülent Ecevit “Waldorf Astoria” otelində çıxışı zamanı kiprli Staviros Skopetrides tərəfindən sui-qəsdə uğradı.

13. 1996-cı ilin bu günü ABŞ-ın Atlanta Olimpiya Parkında baş verən partlayışda 2 nəfər dünyasını dəyişdi. Hadisə yerinə qaçaraq gedən TRT operatoru Melih Uzunyol isə infarkt keçirərək həyatdan köçdü.

27 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Rus yazıçısı Vladimir Korolenko 1853-cü ilin 27 iyulunda anadan olub.

2. 27 iyul 1824-ci ildə Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma ( 1824 - 27.11.1895) anadan olub.

3. Azərbaycanlı müğənni, Xalq artisti Sürəyya Qovanlı-Qacar  27 iyul 1992-ci ildə vəfat edib (18 aprel 1910- 27 iyul 1992).

4. 27 iyul 1991-ci ildə Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyeva (1933 – 1991) vəfat edib. 

5. Azərbaycanlı aktrisa, Xalq artisti Nəcibə Məlikova  27 iyul 1992-ci ildə dünyasını dəyişib( 25 may 1921- 27 iyul 1992-ci il).

6. 27 iyul 2012-ci ildə Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid Hüseynov (20.3.1945 – 2012) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO