Ötən gün Xalq artisti Flora Kərimova doğum gününü qeyd edib.
Bizim.Media xəbər verir ki, sənətkar 82 yaşına qədəm qoyub.
Mədəniyyət naziri Adil Kərimli Kərimovanı ad günü münasibəti ilə ona gül çələngi yollayıb.
Xalq artisti bu təbrikə, diqqətə və qayğıya görə, nazirə sosial şəbəkə hesabı vasitəsi ilə videomüracitə ünvanlayıb.
“Sayğı və diqqət sahibi olun. Təşəkkür edirəm, mədəniyyət naziri Adil Kərimli. Gözəl kəlamımız var: hər səhərimiz günəşli, işıqlı və gözəl arzularla başlasın. Bütün arzularımız çin olsun. Təşəkkür edirəm, əziz olun”, - deyə F.Kərimova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media