FHN: Ötən sutka ərzində 73 halda yanğına və bir partlayışa çıxış olub

FHN: Ötən sutka ərzində 73 halda yanğına və bir partlayışa çıxış olub

Hazırda oxunan: FHN: Ötən sutka ərzində 73 halda yanğına və bir partlayışa çıxış olub

147543

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 73 yanğına və bir partlayışa çıxış, doqquz halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən İmişli şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarətlər almış bir nəfər xilas edilib, yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.
Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO