FHN İmişlidəki partlayışla bağlı məlumat YAYDI - FOTO/VİDEO 

FHN İmişlidəki partlayışla bağlı məlumat YAYDI - FOTO/VİDEO 

Hazırda oxunan: FHN İmişlidəki partlayışla bağlı məlumat YAYDI - FOTO/VİDEO 

147466

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. 

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40m² olan ikiotaqlı mənzilin mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi və mənzildə bir nəfərin xəsarətlərlə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. 

Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 
Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. 

Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO