“Hazırda kirayə mənzil bazarında qiymətlər stabilir və ucuzlaşma yoxdur. Bu da onunla əlaqədardır ki, universitetlərdə dərs mövsümünün başa çatması ilə bağlı olaraq tələbələr geri qayıtdıqlarına görə paytaxtda mənzillərin böyük əksəriyyəti boşalıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
Onun sözlərinə görə, hazırda kirayə mənzillərin çoxunda təmir işləri aparılır:
“Əsasən də təmiri zəif olan mənzillər təmir olunur. Həmin evlərin sahibləri bu işləri yay aylarına saxlayırlar ki, mövcud nöqsanları aradan qaldırsınlar və sentyabr ayından kirayə haqqını daha qaldırsınlar”.
Bəzi tələbələrin isə mənzilləri boşaltmadıqlarını söyləyən müshibimiz fikrini belə əsaslandırıb ki, onlar sentyabrda geri qayıtdığı zaman ev tapa bilmirlər və əziyyət çəkirlər:
“Buna görə həmin evləri əllərində saxlayırlar ki, rahat olsunlar və fikirlərini dərslərə yönəldə bilsinlər”.
R.Qasımzadə avqust ayının axırlarından etibarən kirayə mənzillərin qiymətinin yenidən qalxacağını diqqətə çatdırıb:
“Sentyabr ayında kirayə evlərə tələb çoxaldığı üçün bahalaşma baş verir. Noyabr və dekabr aylarında isə bir qədər səngimə baş verir. Ötən il isə qiymətlərdə sıçrayış baş verdi və 50-100 manatlıq fərq yarandı. 200 manata olan mənzillər 250-300 manat oldu. 250 manatlıq evlər isə 300-350 manata qədər qalxdı”.
Hazırda ən ucuz evlərin 300 manatdan təklif olunduğunu deyən ekspert qeyd edib ki, bəzi ətraf qəsəbələrdə fərdi evlər bir qədər ucuzdur:
“Belə ki, Keşlə kimi şəhərə yaxın qəsəbələrdə rlə həyət evləri var ki, bir həyətdə bir neçə otaq tikilib və ayrı-ayrı şəxslərə kirayəyə verilib. Bu evlərdə qiymət bir qədər aşağıdır, yəni 200-300 manatdır. Sabunçu rayonunun Ramana və digər qəsəbələrində ucuz qiymətə fərdi evlər tapmaq olar”.
Ekspert, bununla belə, köhnə və təzə mənzil bazarında fərqli qiymətlərin müşahidə olunduğunu diqqətə çatdırıb:
““Xruşşovka” tipli binalarda bir otaqlı mənzillərin aylıq kirayə haqları 300 manatdan, 2 otaqlılar 400 manatdan, 3 otaqlılar isə 500 manatdan başlayır. Yeni tikililərdə isə mənzilin kvadrat-metrinə uyğun tənzimlənir. Belə ki, həmin binalarda 1 kvmetrə görə 8-10 manat arasında dəyişir. Bu baxımdan 60 kv-metrlik mənzil 500-600 manata, 100 kv-metrlik isə 1000 manatdan da yuxarı təklif olunur”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:40 / 21.07.2023
Kirayə mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – BU TARİXDƏN
Hazırda oxunan: Kirayə mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – BU TARİXDƏN
Hazırda oxunan: Kirayə mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – BU TARİXDƏN
147190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.