Dünya ulduzu özünə nifrət etdiyini AÇIQLADI - FOTO

Dünya ulduzu özünə nifrət etdiyini AÇIQLADI - FOTO

Hazırda oxunan: Dünya ulduzu özünə nifrət etdiyini AÇIQLADI - FOTO

147179

İngiltərəli müğənni Robbi Uilyams şəxsi həyatı haqqında açıqlaması ilə dünya mətbuatının gündəminə düşüb.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ilk dəfə bədən dismorfik pozğunluqdan (İnsanın xarici görünüşündəki çatışmazlıqlardan həddindən artıq narahat olması və özünə nifrət hiss etməsi ilə əlaqəli psixi pozğunluqdur – red.) əziyyət çəkdiyini bəyan edib.

Musiqiçi buna görə özünə nifrət etdiyini etiraf edib.  

“Əgər qarşınıza bir cin çıxsa və desə ki, o, sizə bir super güc verə bilər: ya uçmaq qabiliyyəti, ya da istədiyinizi yeyin və çəkinizdə qalın? İkincisini seçərdim. Görünüşə görə özünə nifrət haqqında kitab yaza bilərdim. Özünü çirkin hiss etmək çirkindir” ,- deyə 47 yaşlı müğənni yazıb.
Daha əvvəlki açıqlamalarının birində ifaçı botoksun köməyi ilə xarici görünüşünü düzəltməyə qərar verdiyini bildirib. O, bu prosesin ağrılı olmasını bildirərək yenidən kosmetik prosedurlara müraciət edə biləcəyini istisna etməyib.  




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO