Azərbaycanda filiz və qeyri-filiz yataqları BU QAYDADA istifadəyə veriləcək

Azərbaycanda filiz və qeyri-filiz yataqları BU QAYDADA istifadəyə veriləcək

Hazırda oxunan: Azərbaycanda filiz və qeyri-filiz yataqları BU QAYDADA istifadəyə veriləcək

146872

Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsinə dair yeni qaydalar müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Əsasnamə TƏSDİQLƏNDİ 


Fərmana əsasən Yer təkinin istifadəyə verilməsi üzrə hərraclar Mülki Məcəlləyə, qanuna və bu Qaydalara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil edilir, auksion və ya müsabiqə formasında keçirilir. 

Agentlik Fövqəladə Hallar Nazirliyinin hər il sentyabrın 15-dək növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına olan tələbatı barədə Nazirliyə təqdim etdiyi proqnoz məlumatlarını nəzərə almaqla, Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarına dair materialların təhlili əsasında növbəti il üçün hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hər il dekabrın 15-dək müəyyənləşdirir. 

Fərmanla bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO