Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? – TƏFƏRRÜAT/FOTO

Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? – TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? – TƏFƏRRÜAT/FOTO

146565

Oğuzdakı müəmmalı intihar hadisəsi araşdırılır.  

Övladına toy edəndən bir neçə gün sonra intihar edən atanın bu addımı hansı səbəbdən atması hüquq-mühafizə orqanlarının diqqətindədir. Hadisədən ən çox acı təəssüf hissi keçirənlər isə kənd sakinləridir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müəmmalı hadisə rayonun ucqar Böyük Söyüdlü kəndində qeydə alınıb. 

Belə ki, 51 yaşlı kənd sakini Ceyhun Məmmədkərimovun cansız bədəni ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib.

Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən analiz olunduqdan sonra meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. İlkin baxış zamanı meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Adının çəkilməsini istəməyən kənd sakinləri Bizim.Media-nın yerli bürosuna bildiriblər ki, mərhum bir neçə gün əvvəl oğluna toy edibmiş.

Məclis yüksək səviyyədə təşkil edilib və Ceyhun da üzərinə düşən atalıq yükünü layiqincə yerinə yetirirmiş. Ümumiyyətlə, Məmmədkərimovlar kənddə sakit və problemsiz ailələrdən biri kimi tanınır.
Elə Ceyhun Məmmədkərimov da hamı ilə üsnüyyətcil və zəhmət insanı kimi münasibətləri olub. Baş verən hadisə sakinlərin dərin təəssüfünə səbəb olub. Hazırda baş verən intihar hadisəsi Oğuz rayon prokurorluğunda araşdırırılır. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO