Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınadı

Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınadı

Hazırda oxunan: Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınadı

146125

Parisin Kiyevi SCALP raketləri ilə təmin etmək qərarı münaqişənin gərginləşməsi istiqamətində növbəti addımdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Beynəlxalq həyat” jurnalının Ukrayna böhranı ilə bağlı yayılan suallarına cavabında deyilir.

"Fransa hakimiyyətinin bu cür hərəkətləri münaqişəsinin gərginləşməsinə xidmət edir", - Zaxarova bildirib.

Zaxarova Fransa Prezidenti Emmanuel Makronun ABŞ-dan geri qalmadığına diqqət çəkib.

Qeyd edək ki, Makron iyulun 11-də NATO-nun Vilnüs sammitinə gəldikdən sonra Fransanın uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətini açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, Fransa Ukraynaya ümumilikdə 50 SCALP raketi vermək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO