“Prezident çox önəmli yeni mesajlar verdi” - Ceyhun Bayramov 

“Prezident çox önəmli yeni mesajlar verdi” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Prezident çox önəmli yeni mesajlar verdi” - Ceyhun Bayramov 

146062

“Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün tez və qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib. 

“İki gün bundan əvvəl Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayının ölkəmizin sosial-iqtisadi inkişafının nəticələrinə dair çox önəmli yeni mesajlar verdi. Mesajlar ondan ibarət oldu ki, Azərbaycan dövlətinin çox böyük potensialı var.

Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağımızı bərpa etməyə qadirdir, bunu tez bir zamanda, keyfiyyətlə edəcək. Buna nə qədər resurs lazımdırsa, Azərbaycan dövləti bunu əsirgəməyəcək. 2023-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafı buna imkan verdi. Dövlət büdcəsinə yenidən baxıldı.
Prezidentin qeyd etdiyi kimi, dövlət büdcəsinin artırılan 3,1 milyard manatının mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə və ordu quruculuğuna yönəldiləcək”, - deyə xarici işlər naziri qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO