"Şahdəniz" qazının ixracı ARTIB 

Hazırda oxunan: "Şahdəniz" qazının ixracı ARTIB 

146027

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 795,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artım müşahidə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Qaz nəqlinin 52,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. 

Belə ki, hesabat dövründə bu kəmərlə 10 915,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6%-lik artım). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO