İlham Əliyev İsrailin müdafiə nazirini qəbul ETDİ - VİDEO

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul ETDİ - VİDEO

Hazırda oxunan: İlham Əliyev İsrailin müdafiə nazirini qəbul ETDİ - VİDEO

146006

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.

Bizim.Media xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını İlham Əliyevə çatdırıb.

MÖVZU İLƏ BAĞLI:

İsrailin müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO


Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb.

İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.
Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO