Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB 

Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB 

Hazırda oxunan: Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB 

145984

“Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çox - 13 907,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib”. 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tvitter hesabında bildirib. 

"6 ayda İstilik Elektrik Stansiyaları (İES) üzrə 12 826,1 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub", - deyə nazir qeyd edib. 
Onun sözlərinə görə, hesabat dövründə elektrik enerjisinin ixrac həcmi 1 265,2 milyon kilovat-saat, idxal həcmi isə 137,5 milyon kilovat-saat olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO