Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib - FOTO 

Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib - FOTO 

145265

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı rəsmi “Twitter” hesabında paylaşım edib. 

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!". 
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO