Jony ailəsinin arxivini üzə ÇIXARDI - FOTO

Jony ailəsinin arxivini üzə ÇIXARDI - FOTO

Hazırda oxunan: Jony ailəsinin arxivini üzə ÇIXARDI - FOTO

145205

“Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ailəsinin arxivini üzə çıxarıb.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında valideyinlərinin həmçinin qardaşı Turalla illər əvvəl çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.  

Jony paylaşımına ailə ilə bağlı bu sözləri yazıb:  

“Bizə güc verən ailədir. Məhəbbət qəlblərimizi istiləşdirir. Sədaqət sizi möcüzələrə inandıran və sevdiyiniz insana tam etibar edən şeydir. Əgər sizin sevgi və sədaqətlə dolu bir ailəniz varsa, deməli siz yer üzündəki ən xoşbəxt və ən zəngin insansınız, çünki ailə, sevgi və sədaqəti dünyada heç bir pula almaq olmaz. Zəngin də, kasıb da ailə qura bilir. Məhz bu məsələdə kasıb insan daha varlı ola bilər, çünki o, dünyanı idarə edən və misilsiz maddi sərvət dağlarına sahib olandan daha səmimi şəkildə sevilə bilər. Sevdiklərinizi qiymətləndirin, qohumlarınızı sevin və heç vaxt xəyanət etmək istəmədiyiniz insanlara xəyanət etməyin. Ailə gününüz mübarək, sevgi və sədaqət - ən qiymətli insani dəyərlər!”  

Qeyd edək ki, C.Hüseynlinin qardaşı Tural diş həkimidir. O bir neçə həftə əvvəl Moskvanın mərkəzində qardaşı Jony ilə birlikdə lüks restoran açıb.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO