Azərbaycanda 10 faydalı qazıntı yatağı hərracda istifadəyə verilib

Azərbaycanda 10 faydalı qazıntı yatağı hərracda istifadəyə verilib

Hazırda oxunan: Azərbaycanda 10 faydalı qazıntı yatağı hərracda istifadəyə verilib

144978

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, hərracda 10 faydalı qazıntı yatağı - Abşerondakı “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha), Ağstafadakı “Ağstafaçay” (5,7 ha), Göygöldəki “Qızılca” (12 ha), İsmayıllıdakı “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabrandakı “Dəvəçiçay” (1,8 ha), Qubadakı “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib. 

Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür: //clck.ru/34uYij 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO