Ərinin dodağından öpən Xatirəni tənqid etdilər - VİDEO

Ərinin dodağından öpən Xatirəni tənqid etdilər - VİDEO

Hazırda oxunan: Ərinin dodağından öpən Xatirəni tənqid etdilər - VİDEO

144851

Müğənni Xatirə İslam paylaşımı ilə özünü “dilə-dişə” salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi məclislərin birində həyat yoldaşı Fəxrəddin Musazadə ilə rəqs edərkən onun dodağından öpüb. 

Videoda diqqət çəkən məqam isə müğənninin bloqer qardaşı Tural və onun xanımı Zümrüdün yanında rəqs etməsi olub.

Müğənni həmin görüntüləri sosial şəbəkə hesabında yayımladıqdan sonra izləyicilərin tənqidi ilə üzləşib.  

Onlar “Evdə öpsəydin yaxşı olardı”, “Yazıq kişi tər tökdü utandığından”, “Gərək millətin qarşısında bunu edəsiz? Ən azından qardaşına hörmət et” kimi şərhlər yazıblar. 

Yazılan tənqid dolu şərhlərdən sonra X.İslam sözügedən videonu səhifəsindən silib.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO