Ermənistanın baş naziri Nikol Paşinyanın ardınca 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə parlament komissiyası Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanı da dinləmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, hazırda komissiya daha kimin iclasa çağırılması məsələsini müzakirə edir və müraciət edənlərin ilkin siyahısı var. Söhbət ilk növbədə Arutyunyandan gedir.
Onunla yanaşı, planlara Qarabağdakı qondarma "müdafiə ordusunun" keçmiş komandanı Cəlal Arutyunyanın da dəvəti daxildir. Onun müzakirədə iştirakı hələ apreldə planlaşdırılsa da, naməlum səbəblərdən təxirə salınıb.
Komissiya üzvləri Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı da çağırmaq niyyətindədirlər. O, iclasda iştirak etmək üçün məhkəmədən ona qısa müddətli icazə verilməsini xahiş edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan komissiyanın iclasında iki dəfə iştirak edib. Görüşlərdə keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli rəsmilər iştirak ediblər.
Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Arayik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən zaman Arayik Arutyunyan həbs edilərək Bakıya gətiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
10:23 / 06.07.2023
44 günlük müharibə komissiyası Arayik Arutyunyanı İrəvana çağırdı - GEDƏ BİLƏCƏKMİ?
Hazırda oxunan: 44 günlük müharibə komissiyası Arayik Arutyunyanı İrəvana çağırdı - GEDƏ BİLƏCƏKMİ?
Hazırda oxunan: 44 günlük müharibə komissiyası Arayik Arutyunyanı İrəvana çağırdı - GEDƏ BİLƏCƏKMİ?
144823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.