Fransada prezident seçilmək üçün kimin şansı yüksəkdir? - SORĞU

Fransada prezident seçilmək üçün kimin şansı yüksəkdir? - SORĞU

Hazırda oxunan: Fransada prezident seçilmək üçün kimin şansı yüksəkdir? - SORĞU

14481

“BFM” televiziya kanalının sifarişi ilə “Elabe” sosial sorğu institutunun reallaşdırdığı “Birbaşa rəy” (L’Opinion en direct) adlı sosial sorğunun nəticələrinə əsasən, Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Lö Penin 2022-ci ildə Fransa prezidenti seçilmək şansı yüksəkdir.

Bizim.Media xəbər verir ki, sosial sorğunun nəticələrinə görə hər iki fransızdan biri 2022-ci il seçkilərində Marin Lö Penin qələbə çalacağını hesab edir.

 

MÖVZU İLƏ BAĞLI:

Öz rəhbərinizin qadın olmasını istəyirsinizmi? – ARAŞDIRMA


Seçicilərin 36 faizi isə ona səs verəcəklərini əminliklə bildiriblər. 65 yaşdan yuxarı respondentlərin 25 faizi Marin Lö Penə səs verəcəklərini qeyd ediblər.

Cari ilin iyun ayında keçiriləcək regional seçkilərlə bağlı respondentlərin 32 faizi “Milli Birlik” partiyasına səs verəcəklərini deyiblər. 47 faiz respondent bildirib ki, Marin Lö Penin partiyasına səs vermək qeyri-mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO