“Bulvardakı kaktuslara nə vermisiniz ki, ala bilmirsiz?” – Emin Əfəndi  

“Bulvardakı kaktuslara nə vermisiniz ki, ala bilmirsiz?” – Emin Əfəndi  

Hazırda oxunan: “Bulvardakı kaktuslara nə vermisiniz ki, ala bilmirsiz?” – Emin Əfəndi  

144534

“Birazdan Azərbaycanın Meksidakı səfirini onların xarici işlər nazirliyinə çağırıb, Azərbaycandakı kaktuslara qarşı qeyri-humanist davranışa görə nota verib, narahatlıqlarını bildirsələr heç təəcüblənmərəm”. 

Bizim.Media xəbər verir ki, bunu televiziya aparıcısı və prodüser Emin Əfəndi teleqram hesabında qeyd edib.  

Prodüser Dənizkənarı Bulvarda kaktusların üzərinə yazılar yazılması ilə bağlı yayılan video ilə bağlı tənqidi fikirlər yazıb: 

“Ay bala, nə vermisiz Bakı Bulvarındakı dekorativ kaktuslara ki, ala bilmirsiz? Düşünürəm ki, artıq bu bir araşdırma mövzusuna çevrilməlidir. 

Bulvarda o bədbəxt, yerindən yurdundan uzaq düşən kaktusları mən də görmüşəm. Əsəbləşib “su içmək” əvəzinə kaktusun yarpağına “Vasmoy Yek” yazmaq istəsəm, 7 hərf üçün yer tapa bilmərəm. Bütün boş yerlər tutulub. 
Bəlkə şəhərimizdə “kaktus yarpaqlarını yazanlar” dərnəyinin nəznində xüsusi bir yer ayırmaq lazımdır, ki insanlar orada yığışıb performanslarını göstərib, özü kimiləri ilə tanış olsunlar? Mən zoopark və sirki nəzərdə tutmuram. Çünki inanmıram ki, o obyektlərin daimi sakinlərin bu işə böyük həvəsi ola. Mütləq bir şey fikirləşmək lazımdır”. 

Qeyd edək ki, iyunun 3-də Dənizkənarı Bulvarda kaktusların üzərinə yazılar yazan qadının görüntüləri yayılıb. İyunun 4-də isə həmin qadın polis əməkdaşları tərəfindən saxlanılıb. O izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO