Moldova hava limanında atəş açan şəxs ömürlük həbs OLUNA BİLƏR

Moldova hava limanında atəş açan şəxs ömürlük həbs OLUNA BİLƏR

Hazırda oxunan: Moldova hava limanında atəş açan şəxs ömürlük həbs OLUNA BİLƏR

143977

Moldovanın paytaxtı Kişinyovda hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru İon Muntyanu bildirib.

Hazırda onun mühafizə altında ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir. Baş prokuror əlavə edib ki, istintaq həmin şəxsin digər ortaqlarının olduğunu müəyyən edir.
Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş ölkəyə girişi qadağan edilən xarici vətəndaş tərəfindən açılıb. O yaralı halda saxlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO