Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi martın 17-də saat 10:00-da başlayacaq və dörd saat müddətində Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlandı
Bildirilib ki, imtahanı müşahidə etmək üçün müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı martın 13, 15 və 16-da saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) ala bilərlər.
İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Bizim.Media