Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının qaldırılması ilə bağlı insidentin yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə yerinə Rusiya sülhməramlı kontingentin komandiri, general-polkovnik Aleksandr Lentsov gəlib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
Videodan görünür ki, Azərbaycan hərbçisi ölkəmizin Dövlət Bayrağını dirəyə bərkidir.
Xatırladaq ki, erməni hərbçilər Azərbaycan sərhədçiləri ilə yanaşı Rusiya sülhməramlılarını da atəşə tutublar.
Son yayılan video onu göstərir ki, açılan atəşdən sonra da Azərbaycan tərəfi istəyindən geri çəkilmir. Ora Ermənistan ərazisi olsaydı, ruslar bayraq sancılmasına qarşı çıxardılar. Amma bu, rusların müşayiəti ilə baş verirsə, deməli heç bir qanunsuz addım olmayıb. Azərbaycan öz ərazisində bayrağını ucaldıb.
Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib.
Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.