Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12 və 13-də Azərbaycanda səfərdə olub. Onun digər səfərləri kimi yenidən Prezident seçildikdən sonra baş tutan bu dəfəki səfəri də Azərbaycanda geniş rezonans doğurub.
Amma deyəsən Ərdoğanın Bakıya gerçəkləşən bu səfəri bir sıra ölkələri qıcıqlandırıb. Bu xüsusda Ermənistan xüsusilə seçilir. Belə ki, iyunun 13-ü və 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Maraqlıdır, Ərdoğanın Bakıya səfəri zamanı Ermənistanın Naxçıvanı, Sədərəyi atəşə tutması təsadüfdür, yoxsa, bununla düşmən tərəf nəyisə göstərmək istəyib?
Bizim.Media-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Ermənistanda Ərdoğanın Bakıya səfərindən sonra Azərbaycanın Qarabağla bağlı birtərəfli qaydada yenidən hərəkətə keçəcəyi, burada yaşayan ermənilərin ciddi mənada Azərbaycana inteqrasiya prosesini başlada biləcəyi barədə fikir formalaşıb:
“Atəşkəsin Ərdoğanın Bakıya səfəri çərçivəsində pozulmasının Ermənistan hökumətinin siyasi maraqları çərçivəsində olduğunu düşünmürəm. Çünki Paşinyan cidd-cəhdlə Türkiyə ilə normal münasibətlər sistemi qurmaq istəyir. Ona görə də indiki vəziyyətdə İrəvan Türkiyəni özünə düşmən deyil, daha çox dost etmək və bununla da Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışır”.
Ekspertə fikrincə, faciə ondadır ki, Ermənistan ordusunun idarə olunması təkcə hökumətin nəzarəti altında deyil:
“Bu gün Ermənistan ordusu kim tərəfindən desəniz, idarə oluna bilir. Bu məsələnin içərisində Rusiya, Fransa və İran var. Ərdoğanın səfəri fonunda Ermənistanın təxribata əl atması əsasən Rusiya ilə bağlı məsələdir.
İrəvan bu cür gərginlik müstəvisi yaratmaqla beynəlxalq güclərin diqqətini Azərbaycan Ermənistan münasibətlərinə kökləmək niyyətindədir. Ona görə də ermənilər bu cür hərəkətlərlə Qarabağın tam olaraq Azərbaycana inteqrasiyası prosesinin qarşısını almağa çalışırlar”.
Həmsöhbətimiz bildirir ki, Ermənistanın Ərdoğanın Bakıya səfərilə bağlı əsas narahatlığı Türkiyənin növbəti dəfə bütün mənalarda Azərbaycanın yanında olacağı mesajını verməsilə bilavasitə əlaqədardır:
“Xüsusilə yaxın zamanlarda tələb olunarsa, Şuşada Türkiyənin baş konsulluğunun açılması mesajı ciddi bir mesaj idi. Düşünürəm ki, həm də buna cavab olaraq ermənilər belə bir hərbi təxribata əl atdı. Belədə dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin guya Qarabağda etnik təmizləmə prosesinə başladığına yönəltmək niyyətində idilər. Halbuki, başqa ölkənin ərazisində qeyri-qanunu olan erməni terrorçularına qarşı hərbi əməliyyat beynəlxalq hüquqa uyğun davranışdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 15.06.2023
Ərdoğanın Bakı səfərinin Ermənistanda yaratdığı QORXU – Niyə atəşkəs Naxçıvanda POZULDU?
Hazırda oxunan: Ərdoğanın Bakı səfərinin Ermənistanda yaratdığı QORXU – Niyə atəşkəs Naxçıvanda POZULDU?
Hazırda oxunan: Ərdoğanın Bakı səfərinin Ermənistanda yaratdığı QORXU – Niyə atəşkəs Naxçıvanda POZULDU?
141450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.