Bakı-Naxçıvan təyyarəsi təcili ENİŞ ETDİ – SƏBƏB  

Bakı-Naxçıvan təyyarəsi təcili ENİŞ ETDİ – SƏBƏB  

Hazırda oxunan: Bakı-Naxçıvan təyyarəsi təcili ENİŞ ETDİ – SƏBƏB  

141273

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO