Beynəlxalq velosiped yarışı bu gün ŞUŞADA başa çatacaq

Beynəlxalq velosiped yarışı bu gün ŞUŞADA başa çatacaq

Hazırda oxunan: Beynəlxalq velosiped yarışı bu gün ŞUŞADA başa çatacaq

140841

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başa çatacaq.

Bizim.Media xəbər verir ki, beşinci - sonuncu mərhələ Beyləqandan Şuşaya doğru nəzərdə tutulub.

Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər. Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.
Qeyd edək ki, iyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik edir.

Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO