Yol qəzalarında 70 nəfər ÖLÜB – RƏSMİ 

Yol qəzalarında 70 nəfər ÖLÜB – RƏSMİ 

Hazırda oxunan: Yol qəzalarında 70 nəfər ÖLÜB – RƏSMİ 

140553

Bakıda 4 ay ərzində yol qəzalarıında 70 nəfər ölüb. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

Onun sözlərinə görə bu ilin yanvar, fevral, mart və aprel aylarında 146 yol-nəqliyyat hadisəsi yaşanıb. Yol qəzalarında 111 nəfər xəsarət alıb. 

“Piyada vurulması ilə nəticələnən 83 yol-nəqliyyat hadisəsində 35 piyada dünyasını dəyişib, 51 nəfər isə xəsarət alıb”.

Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi hadisələrin təxminən 49 faizini təşkil edib. Belə ki, piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb. 
Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO