“Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik.
Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır. Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir ”,- deyə Malyar əlavə edib.
Müdafiə nazirinin müavini vurğulayıb ki, işğalçılar diqqəti Baxmut istiqamətində məğlubiyyətdən yayındırmalı olduqları üçün əks-hücumla bağlı məlumatı aktiv şəkildə yayırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:43 / 05.06.2023
Ukrayna Ordusu bəzi istiqamətlərdə hücuma keçir
Hazırda oxunan: Ukrayna Ordusu bəzi istiqamətlərdə hücuma keçir
Hazırda oxunan: Ukrayna Ordusu bəzi istiqamətlərdə hücuma keçir
139890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.