Mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.
Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, açılış mərasiminin iştirakçıları Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələrlə tanış olublar.
Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əleyhinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub.
Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 06.03.2021
Qubadlıda DSX-nın Mühəndis-İstehkam Mərkəzi istismara verildi - FOTO
Hazırda oxunan: Qubadlıda DSX-nın Mühəndis-İstehkam Mərkəzi istismara verildi - FOTO
Hazırda oxunan: Qubadlıda DSX-nın Mühəndis-İstehkam Mərkəzi istismara verildi - FOTO
13954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.