ABŞ prezidenti Co Bayden bu gün milli borc limitinin artırılması ilə bağlı qanun layihəsini imzalamaq niyyətindədir.
Bizim.Media “Associated Press” agentliyinə istinadən xəbər verir ki, C.Bayden jurnalistlərə müsahibəsində, respublikaçılarla bağlanan büdcə sazişinin qəbulunun çox vacib olduğunu diqqətə çatdırıb.
Amerika lideri qeyd edib ki, nə demokratlar, nə də respublikaçılar “istədikləri hər şeyi” əldə ediblər:
“Ancaq Amerika xalqı lazım olanı aldı. Biz iqtisadi böhranın və iqtisadiyyatın çökməsinin qarşısını aldıq”.
Qeyd edək ki, son bir neçə həftədir, borcun tavanı ilə bağlı danışıqlar gedir. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar xərcləri azaltmadan yuxarı həddi artırmağa razılıq verməyiblər. ABŞ Xəzinədarlığı isə iyunun əvvəlində defolt gözləyirdi.
Xatırladaq ki, adıçəkilən müqavilə mayın 29-da yekunlaşıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:45 / 03.06.2023
“ABŞ iqtisadiyyatının çökməsinin qarşısını aldıq” – Bayden
Hazırda oxunan: “ABŞ iqtisadiyyatının çökməsinin qarşısını aldıq” – Bayden
Hazırda oxunan: “ABŞ iqtisadiyyatının çökməsinin qarşısını aldıq” – Bayden
139530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.