Moskva danışıqlarının növbəti RAUNDU – Zəngəzur dəhlizi ilə bağlı yekun razılıq ƏLDƏ OLUNACAQMI? 

Moskva danışıqlarının növbəti RAUNDU – Zəngəzur dəhlizi ilə bağlı yekun razılıq ƏLDƏ OLUNACAQMI? 

Hazırda oxunan: Moskva danışıqlarının növbəti RAUNDU – Zəngəzur dəhlizi ilə bağlı yekun razılıq ƏLDƏ OLUNACAQMI? 

138121

Moskvada baş tutan Azərbaycan və Ermənistan liderlərilə görüş çərçivəsində Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, gələn həftə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin görüşü planlaşdırılır. 

“İndi biz razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan xahiş edəcəm ki, bu tarix barədə razılığa gəlsinlər - Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər və indiyə qədər tənzimlənməmiş, belə demək mümkünsə, suallar aradan qaldırılacaq”, - deyə o əlavə edib. 

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, gələn həftə baş nazirlərinin müavinləri arasında olması gözlənilən növbəti görüş Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması ilə əlaqədardır:  
 

MÖVZU İLƏ BAĞLI:

Kreml: "Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalana bilər"


“Amma bu məsələ yalnız Ermənistanın istədiyinin yerinə yetirilməsi təqdirdə mümkündür. Yəni bütün nəzarət mexanizmləri, Ermənistanın yuridiksiyası çərçivəsində olduğu və Moskvanın da buna razılığını verdiyi təqdirdə mümkün olacaq.  

Əks təqdirdə bu da mümkün olmayacaq. Çünki bununla bağlı Vaşinqton və Brüssel görüşlərində üçtərəfli razılıq əldə olunub.

Azərbaycan kommunikasiyaların açılması və dəmir yolunun fəaliyyətinə dolayısı ilə razılıq verib. Ona görə ki, bu nailiyyətin Moskvada oğurlanmasına Qərb dünyası imkan verməz”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO