"Altınordu"nun hücumçusu Emircan Gürlük karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Bizim.Media "Hürriyet"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Zenit"lə müqavilə imzalayıb.
Adı çəkilən futbolçu bu yay Sankt-Peterburq klubunun düşərgəsinə qoşulacaq, növbəti mövsümdən də meydana çıxa biləcək.
Gənc hücumçu Türkiyə birinci divizionunda 29 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Zenit" mövsümün sonuna 4 tur qalmış Rusiya Premyer Liqasının titulunu təmin edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:04 / 24.05.2023
“Zenit” türkiyəli futbolçunu transfer etdi
Hazırda oxunan: “Zenit” türkiyəli futbolçunu transfer etdi
Hazırda oxunan: “Zenit” türkiyəli futbolçunu transfer etdi
137633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.