DİN Bakıda telefon və motosiklet oğurlayanların görüntüsünü yaydı - VİDEO

DİN Bakıda telefon və motosiklet oğurlayanların görüntüsünü yaydı - VİDEO

Hazırda oxunan: DİN Bakıda telefon və motosiklet oğurlayanların görüntüsünü yaydı - VİDEO

13759

Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağazadan 10 min manatlıq telefonlar və motosikletlər oğurlayan şəxslərin videogörüntülərini yayıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

 

MÖVZU İLƏ BAĞLI:

DİN ''Facebook''da vətəndaşa xoşagəlməz rəy yazıb? - CAVAB - FOTO


Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

A.Yusifov və K.Xasıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO