Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.
Belə ki, Qanuna görə, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdırlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:15 / 23.05.2023
Xarici vətəndaşlar kibertəhlükəsizlik provayderinin təsisçisi ola bilməyəcək
Hazırda oxunan: Xarici vətəndaşlar kibertəhlükəsizlik provayderinin təsisçisi ola bilməyəcək
Hazırda oxunan: Xarici vətəndaşlar kibertəhlükəsizlik provayderinin təsisçisi ola bilməyəcək
137496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.