Ölkə əhalisinin neçə faizi Ermənistanla sülhü dəstəkləyir? – SORĞU

Ölkə əhalisinin neçə faizi Ermənistanla sülhü dəstəkləyir? – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi Ermənistanla sülhü dəstəkləyir? – SORĞU

137268

Ölkə əhalisinin 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Azərbaycanla sülh sazişi tezliklə imzalanacaq”


Belə ki, Mərkəz tərəfindən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə rəy sorğusu keçirilib.

Sorğu əsnasında ilk növbədə respondentlərin Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izləmələrinə dair məlumatlılıq səviyyəsi öyrənilib.

Nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti və ya 85,2%-i Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izlədiyini qeyd edib. Respondentlərin cəmi 14,8%-i prosesləri izləmədiyini bildirib.

Ümumilikdə, vətəndaşlara ünvanlanan “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?” sualı ilə bağlı rəy sorğusunun nəticələrinə əsasən, iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib. 20,6% respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə respondentlərin  71,2%-i ( “tam dəstəkləyirəm” - 50.2%, “əsasən dəstəkləyirəm” – 21.0%) bu və ya digər dərəcədə dəstəyini ifadə edib.

Respondentlərin cəmi 2,6%-i əsasən dəstəkləmədiyini, 23,6%-i heç dəstəkləmədiyini bildirib. İştirakçıların 2.6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Həmin ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 73,1%-i sülh müqaviləsini dəstəklədiyini, 25,6%-i dəstəkləmədiyini bildirib. 1,3%-i bu suala fikir bildirməkdə çətinlik çəkib.

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO