Ötən il Azərbaycanda idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan portalı rekord qırdı - 2 milyard 195,6 dollarlıq sifariş qəbul edib - FOTO
Komitə sədrinin sözlərinə görə, keçən il idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, 59 faizi isə rüsumdan azad olunub.
"İdxal rüsumundan azad olunan malların dəyəri 6 milyard 331 milyon 856 min ABŞ dolları, rüsuma cəlb olunanların dəyəri isə 4 milyard 398 milyon 864 min dollar təşkil edib".
Bizim.Media