Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu bu gün vəfatının 8-ci ildönümü olan məşhur sənətçi Müslüm Gürsəsi anıb.
Bizim.Media xəbər verir ki, Çavuşoğlu sosial şəbəkə hesabında bir təyyarədə səfər edərkən Gürsəslə bağlı xatirələrini danışdığı videogörüntü paylaşıb.
Videoda illər əvvəl Alanyada meyvə-tərəvəz topladığı yorğun bir günün ardından Ankaraya getmək üçün mindiyi avtobusda Müslüm Gürsəsin "Kara bulutları kaldır aradan, oy aman" mahnısı səsləndiyində yuxuya getdiyini bildirən Çavuşoğlu, nəhayət avtobus nəzaritçisini çağırıb "kaseti əvvəldən axıra bu mahnı ilə doldurmusunuzmu ?” - deyə soruşduğunu, cavabında isə “Xeyr, qardaş, bu mahnı gələndə oyanırsan" eşitdiyini bildirib.
Təyyarədəkiləri güldürən bu xatirədən sonra Çavuşoğlu, Gürses üçün Allahdan rəhmət diləyib.
Bizim.Media