Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq

Hazırda oxunan: Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq

136599

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.

Bizim.Media xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.

İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini İspaniyada qəbul edəcək. “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.
Yarımfinalın digər cavab oyunda isə İtaliyanın “Roma” klubu Almaniyada "Bayer"lə qarşılaşacaq. “Bay Arena”da keçiriləcək oyun sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk görüşdə "Roma" qələbə qazanıb - 1:0.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO